Qadin.NET / Moskva və Bakı yeni yola çıxır

Moskva və Bakı yeni yola çıxır

Moskva və Bakı yeni yola çıxır
Azərbaycan və Rusiya arasında “Yaşıl dəhliz” layihəsi reallaşmaq üzrədir.ANS TV-nin məlumatına görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı və yeyinti məhsullarının ixracının yeni qaydada həyata keçirilməsini nəzərdə tutan “Yaşıl dəhliz”lə bağlı işlər son mərhələdədir. “Yaşıl dəhliz”in yaradılmasını nəzərdə tutan sənəd tam hazırdır və Rusiya tərəfi ilə razılaşdırılıb. Tezliklə tətbiq olunacaq yeni qaydalar Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcək.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə “Yaşıl dəhliz” Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması zamanı həm gömrük prosedurlarının sadələşdirilməsinə, həm də ixrac olunan məhsulun həcmininin artırılmasında mühüm rol oynayacaq.
“Gömrük rüsumlarında, yoxlamaların azaldılmasında, vaxt itkisinə yol verilməməsində məhsulun xarab olmamasında, vaxtında satıcıya çatdırılmasında, “Yaşıl dəhliz” öz rolunu oynayacaq” – deyə İlham Quliyev bildirib. 
Nazir müavini onu da əlavə etdi ki, 7 il əvvəl Azərbaycandan Rusiyaya ət və süd məhsullarının ixracına qoyulan qadağa da artıq aradan qaldırılıb. Rusiyanın nəzarət orqanı Azərbaycandakı müəssisələrdə apardığı monitorinqdən sonra onlara ixracla bağlı sertifikatlar verilib. Bununla bağlı Rusiya və Azərbaycanın fitosanitar və baytarlıq xidmətləri arasında əməkdaşlıq sazişi də imzalanıb.

Mənbə: ANS PRESS

6 may 2015
GO BACK