Qadin.NET / Bakıda "Gül Bayramı"

Bakıda "Gül Bayramı"

 

Bakıda "Gül Bayramı"

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akim Abbasov küçəsi 25 ünvanında yeni salınmış istirahət parkında "Gül bayramı" keçirilib.ANS PRESS-in məlumatına görə, tədbir Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunub.Bayram tədbirində rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq tərbiyə müəssisələrinin nümayəndələrinin təbii güllərdən hazırlanmış əl işləri nümayiş etdirilib. Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri güldən hazırlanmış kompozisiya və əl işləri ilə tanış olublar. Sərgidə Heydər Əliyevin həyatının maraqlı məqamlarını əks etdirən kompozisiyalar da sərgilənib. Rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə, liseylərdə təhsil alan şagirdlərinin əl işlərindən ibarət keçirilən sərgidə eyni zamanda, Azərbaycanın tarixi abidələrini, milli dəyərlərini, incəsənətini əks etdirən əl işləri də nümayiş olunub.
Qeyd edək ki, Yasamal rayonunun bu il keçirdiyi "Gül Bayramı"nın əvvəlki illərdən fərqi odur ki, builki tədbirdə "Əbru sənəti" və ipək üzərində naxışları canlı olaraq nümayiş etdirilib. Bayramın ən çox maraq doğuran ekspozisiyaları arasında "Heydər Əliyev Mərkəzi"nin maketi, I Avropa Oyunlarının "Bakı-2015"in Loqosu, "Bakı Olimpiya stadionu", "TANAP" layihəsi, "Bakı Alov Qüllələri" də var.
"Gül Bayramı"nda iştirak edən məktəblilər arasında Yasamal rayonunun müxtəlif ümumtəhsil müəssisələrinin respublika üzrə keçirilən yarışlarında qalib gələn şagirdlər və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Yasamal rayonu üzrə nümayəndəliyinin fiziki qüsuru olan uşaqları da var.
Tədbir musiqili-əyləncəli proqramla davam edib.

 

Mənbə: ANS PRESS

6 may 2015
GO BACK