Nazirin sözlərinə görə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə, digər tərəfdən orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. "Təbii ki, biz burada ixtisaslara baxacağıq".
M.Cabbarov həmçinin qeyd edib ki, Azərbaycanda 1,3 milyon nəfər şagird olduğu halda, onların yalnız 10 min nəfəri özəl məktəblərdə oxuyur. Bu isə ümumi şagirdlərin 1 faizindən də azıdır.
"Azərbaycanın özəl məktəbləri ilə dövlət məktəblərinin sayı arasında natarazlıq var. Ancaq burada məqsəd kimisə günahlandırmaq deyil, məqsəd ondan ibarətdir ki, hansı resurslarla hansı nəticəni real şəkildə vermək iqtidarındayıq". M.Cabbarov bildirib ki, yeni dərs ilindən orta məktəblərin yuxarı siniflərində təmayülləşmənin tətbiqi genişləndiriləcək.
Mənbə: ANS PRESS