Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2030-cu ilə qədər Avropanı görünməmiş kökəlmə dərdi bürüyəcək."Bizim araşdırmamız bütün Avropada kökəlmənin səviyyəsinin artdığını göstərir. Bu tendensiyanın qarşısını almaq üçün təcili tədbirlər görülməlidir", - Böyük Britaniyadakı sağlamlıq forumunda doktor Lora Uebber deyib. Onun sözlərinə görə, ən çətin vəziyyət İrlandiyada müşahidə olunub. 2030-cu ildə kişilərin 89%-i, qadınların isə 85%-i kökəlmədən əziyyət çəkəcək.
Milli.Az xəbər verir ki, mütəxəssislər 57 ölkədən olan məlumatı toplayaraq belə nəticəyə gəliblər.
Mənbə: Milli.Az