
Qeyd edək ki, anonim qeydiyyat facebook istifadəçilərinin şəxsi məlumatlarını başqa saytların görməsinin qarşısını almaq üçün tətbiq edilir. Çünki bir çox saytlarda qeydiyyatdan keçmək üçün facebook qeydiyyatından istifadə etmək mümkündür. Bu isə bəzi istifadəçiləri narahat edir. Çünki onlar öz məlumatlarının başqa saytlar tərəfindən görünməsini istəmirlər. Facebook-un anonim qeydiyyatı zamanı isə belə bir problem yaşanmayacaq. Bundan başqa, istifadəçilər saytın onlara aid hansı məlumatları görə biləcəyini də tənzimləyə biləcəklər.
Mənbə: Milli.Az