Qadin.NET / Mixaylo yad ediləcək

Mixaylo yad ediləcək

 

Mixaylo yad ediləcək

Mehdi Hüseynzadənin xatirəsi yad ediləcək.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, mayın 7-dən 11-dək Lyublyana (Sloveniya) şəhərində Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.
Qeyd edək ki, Mehdi Hənifə oğlu Hüseynzadə — Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı partizan və kəşfiyyatçı olub. O, 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 
İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirib.
1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 

Mənbə: ANS PRESS
6 may 2015
GO BACK