Qadin.NET / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

 

Sabahın hava proqnozu

Sabah mülayim yaz havası müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-12Лљ, gündüz 15-20Лљ isti olacağı gözlənilir.
Mayın 7-də Azərbaycanın bölgələrində də arabir yağış yağacağı, şimşək çaxacağı etimal olunur. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13Лљ, gündüz 17-22Лљ, dağlıq ərazilərdə gecə 2-5Лљ, gündüz 9-14Лљ isti olacaq.

 

Mənbə: ANS PRESS

6 may 2015
GO BACK