Qadin.NET / Şəkili ustadan Bakı-2015 simvolu

Şəkili ustadan Bakı-2015 simvolu

 

Şəkili ustadan Bakı-2015 simvolu

Şəkili usta Avropa Oyunlarının simvolunu şəbəkədən hazırlayıb. ANS TV-nin məlumatına görə, ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının simvolu olan nar Şəkidə şəbəkə formasında hazırlanıb. Azərbaycan folklorunda birliyi tərənnüm edən bu rəmzin şəbəkə formasında işlənən kompozisiyası özəlliyi ilə diqqət çəkir. Usta deyir ki, nar dairəvi şəkildə olan ilk şəbəkə işidir. Şəbəkə ustası Tofiq Rəsulovun sözlərinə görə, nar yapışqansız, mismarsız üç min taxta parçasından düzəlib. Bu əsər bir-birinə toxunmadır. Burada Azərbaycan bayrağı və oyunların alovu da əks olunub. 
Ömrünün 36 ilini bu sənətə həsr edən şəbəkə ustası çox incəlik və səbr tələb edən bu əsərdə 4 fərqli rəngdə olan şüşədən istifadə edildiyini deyir. 
Avropa Oyunlarının açılış mərasimində müxtəlif ölkələrdən gələcək idmançılar və minlərlə avropalı qonaq ölkəmizin zəngin mədəniyyəti ilə yanaşı bu maraqlı əsərlə də tanış ola biləcək. 

 

Mənbə: ANS PRESS

6 may 2015
GO BACK