Fransanın təhsil naziri Najat Vallo Belkasemə aid İslam dini barədə fikirlərini səsləndirdiyi şok video yayılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Belkasem RTL kanalına verdiyi müsahibədə Fransanı İslam ölkəsi kimi göstərib.
Nazirin bu müsahibəsi sosial şbəkədə günün ən çox müzakirə olunan mövzularından biri olub.
“Fransa kimi müsəlman ölkəsində İslamı qəbul etməyən fransızların olması normal hal deyil. Quranın prinsipləri təhsil proqramıəna salınmalı və fransızlar erkən yaşda bu pronsoplərlə tanış olmalıdır. Hicab qadağası ləğv olunmalı, Quran ayələri və İslam mədəniyyəti öyrədilməlidir. Fransanın həqiqətən də buna ehtiyacı var. Çünki xristianlığın əksinə İslam dini demokratiya ilə uzlaşır.” – deyə nazir açıqlamasında bildirib.
Ölkədəki bəzi siyasətçilər bu xəbərlərdən sonra Belkasemi dərhal istefa verməyə çağırıb.
“Le Monde” isə həmin açıqlamanı verdiyi zaman Najat Vallo Belkasemin nazir olmadığını, yerli özünü idarə etmə qurumlarından birində çalışdığını yazıb.
Mənbə: ANS PRESS