Dünyaya zaman və məsafə baxımından ən uzaq qalaktika kəşf edilib. ANS PRESS-in məlumatına görə, astronomik kəşf barədə “Astrophysical Journal Letters” jurnalı məqalə yayımlayıb.
Məqalədə bildirilir ki, Körpə qalaktika dünyadan 13.1 milyard işıq ili uzaqlıqda və 10 milyon yaşındadır.
Körpə qalaktika üç fərqli teleskop vasitəsilə Yel və Kaliforniyanın Santa Kruz universitetlərinin astronomiya alimləri müəyyən ediblər. Kosmosda ilk mövcud olmuş qalaktikardan biri olduğu vurğulanır.
EGS-zs8-1 adı verilən qalaktikanın Böyük bartkayışdan 670 milyon il sonra meydana gəldiyi iddia olunur.
Mənbə: ANS PRESS