İranda "apaçi" adlandırılan saç modelinə qadağa qoyulub.
ANS PRESS-in məlumatına görə, iranlı rəsmilər saçlara dik forma verməyi və tatuaj etdirməyi şeytana sitayiş etmək kimi qiymətləndirirlər. Onlar bu saç modelini Qərbə xas və İslama məxsus olmayan saç forması adlandırırlar.
İran Bərbərlər Birliyinin başçısı Mustafa Govahi də "şeytana sitayiş saç modelləri artıq qadağandır" deyib. O, bu formada saç modelləri edən bərbərlərin sərt cəzalandırılacağını bildirib. Mustafa Govahi həmçinin qeyd edib ki, bu qadağaya əməl etməyənlərin fəaliyyət göstərmək üçün lisenziyaları da əllərindən alınacaq.
Xatırladaq ki, bir müddət əvvəl qonşu ölkədə kişilərin qaş aldırması, solari və tatuaj da qadağan edilmişdi.
Mənbə: ANS PRESS