Qadin.NET / Ərdoğanın xərclədiyi pullar

Ərdoğanın xərclədiyi pullar

 

 

"Bu gün dünyada ən çox humanitar yardım edən ölkələrin başında Türkiyə durur. Ötən il 4,5 milyard dollara çatan humanitar yardımla dünyada 3-cü olduq". 
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti bu gün İstanbulda keçirilən IDEF 2015 beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı zamanı bildirib. 
Türkiyə prezidenti daha sonra Türkiyəyə pənah gətirən qaçqınlardan danışıb. 
"Ölkəmizdə suriyalı və iraqlı qardaşlarımızın sayı 2 milyona çatır. Suriyadakı qarşıdurmaların başladığı gündən bəri ölkəmizə sığınan qardaşlarımız üçün xərclədiyimiz pullar 5,6 milyard dollara çatır. Halbuki Avropa ölkələrində bu gün sığınacaq isətyənlərin toplama sayı 250 mindən azdır", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. 
"Heç bir siyasət, heç bir diplomatiya, heç bir mənfəət milyonlarla insanın acısından, göz yaşından, ölümündən daha önəmli ola bilməz",- deyə Türkiyə prezidenti vurğulayıb.

 

Mənbə: ANS PRESS

5 may 2015
GO BACK