Qadin.NET / Bakı gül bayramına belə hazırlaşır

Bakı gül bayramına belə hazırlaşır

 

 

Paytaxtda Gül bayramı ilə əlaqədar olaraq hazırlıq işləri davam etdirilir. ANS TV-nin məlumatına görə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü bu il də onun adını daşıyan parkda baş tutacaq.
Artıq paytaxtı al-əlvan lalə gülləri bəzəyib. Bayramla bağlı hər il olduğu kimi, bu ildə müəyyən işlər görülür. Yerli güllərdən istifadə etməklə yanaşı, xarici ölkələrdən də müxtəlif növdə güllər gətirilib. Dəmir konstruksiyaları Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən gətirilən müxtəlif növ güllər bəzəyəcək. Ərazidə çadırlar qurulub, park boyu maketlər düzülüb. Hazırlıq işlərinə isə hələ bir həftə bundan əvvəl start verilib.
Parkın ətrafı da Gül bayramına aid lövhələrlə bəzənib. Təkcə Heydər Əliyev parkında deyil, həmçinin Sahil bağında da artıq hazırlıqlara başlanılıb. Parkda Alov qüllələrini əks etdirən stendlər də quraşdırılıb. Ayın 7-də isə həmin stendlər al-əlvan güllərlə bəzədiləcək. Bu il də tarixi məkanlarımızın maketləri və güllərdən ibarət fiqurlar park boyu göz oxşayacaq. Ənənəvi xarakter daşıyan Gül bayramı Qış bulvarında da qeyd olunacaq. Yəni Qış bulvarı da gül yağışına qərq olacaq.

 

Mənbə: ANS PRESS

5 may 2015
GO BACK