Qadin.NET / AFFA “Qarabağ”ı cərimələdi

AFFA “Qarabağ”ı cərimələdi

 

 

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.
ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, Topaz Premyer Liqasının XXXII turundakı “Qəbələ” – “Qarabağ” matçında baş verən hadisələrə görə hər iki klub cərimələnib.
Belə ki, “Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində isə “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. 
AFFA-nın İntizam Komitəsi “Bakı” – “Xəzər Lənkəran” matçı ilə bağlı da qərar verib. Bu qarşılaşmanın 60-cı dəqiqəsində “Bakı” klubunun 56 в„–-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.

 

Mənbə: ANS PRESS

5 may 2015
GO BACK