Qadin.NET / Daşqın olacaq

Daşqın olacaq

 

 

Ekolojiya və Təbii Sərvətlər Nazirliyi Respublikanın çaylarında və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlayıb. 
ANS TV-nin məlumatına görə, qonşu ölkələrdə bir neçə gündür davam edən yağıntılı hava şəraiti transsərhəd çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. 
Baş hidroloq Asif Verdiyev deyir ki, Türkiyə və Gürcüstanda yağan intensiv yağışlar nəticəsində Kür, Araz və Qanıx çaylarında son iki gün ərzində suyun səviyyəsində 35-50 sm artım qeydə alınıb. 
Bölgələrdə bir neçə gündür yağışların yağması daxili çaylarda da suyun səviyyəsini artırıb. Qarşıdakı günlərdə isə bu artım hətta daşqınlarla müşahidə ediləcək. 
Asif Verdiyev onu da qeyd etdi ki, mayın 5-dən 7-nə kimi davam edəcək yağışlar suyun səviyyəsini qaldıracaq. Bəzi yerlərdə daşqın olacağı gözlənilir. 
Onun sözlərinə görə, bu cür daşqınlar may ayı üçün xarakterik hesab olunur. Çaylardakı bu artım heç bir subasmaya gətirib çıxarmayacaq.

 

Mənbə: ANS PRESS

5 may 2015
GO BACK