"Save the Children" beynəlxalq təşkilatı ölkələr üzrə analıq indeksini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, təşkilat 179 ölkə üzrə tədqiqat aparıb. Araşdırmaya əsasən, dünyada analıq indeksinə görə ən yaxşı ölkə Norveçdir.
Gürcüstan təşkilatın hesabatında 86-cı yerdə qərarlaşıb. Rusiya siyahıda 56-cı, Türkiyə 65-ci, Ukrayna isə 69-cu yerdədir. Azərbaycan analıq indeksinə görə 179 ölkə arasında 90-cı yeri tutub. Ölkəmiz Ermənistanı 13 pillə qabaqlayıb.
Reytinq ölkələrdə analıq üçün yardılan əlverişli şəraitə əsasən hesablanıb. Analıq indeksi üzrə ilk onluqda Norveçdən başqa, həmçinin Finlandiya, İslandiya, Danimarka, Almaniya, Niderland, İsveç, İspaniya, Belçika və Avstraliya qərarlaşıb.
Araşdırmalara görə, ən aşağı göstəricilər Fil Dişi Sahili, Qambiya, Nigeriya, Mali, Konqo, Somali və Mərkəzi Afrika Respublikasındadır.