Qadin.NET / Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri

Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri

 

 

3 gün əvvəl qız övladını dünyaya gətirən Keyt Middltonun doğumdan sonra hər kəsi təəccübləndirən görüntülərinin pərdə arxası ortaya çıxdı. 
ANS PRESS-in məlumatına görə, hersoginyanın saçlarını 51 yaşlı şəxsi saç ustası Amanda düzəldib. O, doğumdan qabaq və sonra Keytin yanında olub. Saç ustası həm də Şahzadə Uilyams və Şahzadə Harrinin saç düzümlərinə görə də cavabdehlik daşıyır.
Doğum öncəsi Keyt Middltonun dırnaqları manikür edilib. Gənc ana təbii görüntüsünü pozulmasına qarşı olduğundan makiyajını özü edir.
Keyt Middlton xəstəxanadan çıxdıqda geyindiyi libası modelyer Cenni Pakham hazırlayıb.
Böyük Britaniya şahzadəsi Uilyam (Prince William) və Keyt Middltonun (Kate Middleton) qızı mayın 2-də səhər doğulub. Balaca Şahzadəyə Şarlotta Yelizaveta Diana adı veriblər. O Kembric şahzadəsi titulunu daşıyacaq. Babadan, atadan və qardaşdan sonra Britaniya taxtına varislik növbəsində dördüncü yeri tutacaq.

 

Mənbə: ANS PRESS

5 may 2015
GO BACK