Mayın 5-də Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 7,5 bal gücündə zəlzələ baş verib.APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kokopo şəhərindən 139 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.
Mənbə: Milli.Az