Qadin.NET / Mikayıl Cabbarovdan xəbərdarlıq

Mikayıl Cabbarovdan xəbərdarlıq

"Bizi narahat edən məqamlar var. Təhsil Nazirliyi tərəfindən daim aparılan monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrində bəzi müəllim vakansiyalarının gizlədilməsi halları ilə rastlaşırıq".Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümumilli lider Heydər У?liyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
Nazir qeyd edib ki, həmin yerlər müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqəyə çıxarılmır: "Bu hallar barədə məlumatlar həm ictimaiyyətə, həm də aidiyyatı qurumlara daim çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək".
M.Cabbarov bildirib ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində ötən il 1692 nəfər müəllim işə qəbul olunub. Onlardan 1405 nəfər, yəni 83 faizi ilə bağlı həvəsləndirmə tədbirləri həyata keçirilib. Ötən il vakansiyaların tutulma səviyyəsi 40 faiz artıb.
Nazir qeyd edib ki, son bir ildə müəllimlərin əmək haqqının artırılması ilə bağlı son bir ildə mühüm işlər görülüb. Ötən il Bakı şəhətində çalışan 32 min müəllimin biliyinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Ölkə prezidentinin verdiyi sərəncamla həmin müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla iki dəfə artırılıb. Bu qərarla müəllimlərin əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqına yaxınlasır: "Bu prosesin ölkənin bütün bölgələrində keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflər hökumətə təqdim edilib".

Mənbə: Milli.Az

5 may 2015
GO BACK