Qadin.NET / Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "İnturist" otelinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "İnturist" otelinin açılışında iştirak ediblər

Mayın 5-də Bakıda “İnturist” otelinin açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.Milli.Az Azər tac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Bildirildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edildi ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.
Dövlətimizin başçısı oteldə yaradılmış şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi. 

Mənbə: Milli.Az

5 may 2015
GO BACK