Qadin.NET / İnternet bu tarixdə çökə bilər

İnternet bu tarixdə çökə bilər

 

İnternet bu tarixdə çökə bilər

İngiltərəli araşdırmaçılar internetin 2023-cü ildə çökə biləcəyinə dair xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, alimlər bu fikirlərini ötürməni təmin edən bazanın kifayət etməməsi ilə əsaslandırıblar. “Techinside”nin xəbərinə görə, xəbərdarlıq edən “Birmingiham” universitetinin akademiki professor Endryu Ellis 8 il ərzində internetdən istifadənin pik həddə çatacağını deyib. Ellis, aparılan laboratoriya testlərində əlaqəni təmin edən kabellərin 2023-cü ildə fiziki hüdudun sonuna çatacağını müəyyən etdiklərini bildirib. Akademik həmçinin bunun qarşısını almaq üçün tədbir görülməsinin labüd olduğunu vurğulayıb. 
Akademik, kritik tarixin bu qədər yaxın olmasında informasiya miqdarındakı çoxalma ilə yanaşı vacib olan elektrik enerjisinin də payı olduğunu qeyd edib. Hazırda İngiltərədə ümumi enerjinin 16 faizinin internet üçün sərf olunduğunu deyən Elis, bu miqdarın hər 4 ildə 2 qatına çıxdığını bildirib. 

 

Mənbə: ANS PRESS

5 may 2015
GO BACK