Fransalı iş adamı olan qadın Katia Apalategui ölənlərin qoxusunu hazırlayacaq.
ANS PRESS-in məlumatına görə, bunu La Havre universitetində işləyən 52 yaşlı qadın edəcək. O, atası vəfat edəndən sonra sırf onun qoxusu var deyə atasının yastığını illərlə özündə saxlayıb. Bundan sonra isə Katia ölənlərinin qoxusunu hazırlamağa qərar verib.
Qadın bunu necə edəcəyini də açıqlayıb; sevdiyiniz insanların geyimlərdən və istifadə etdiyi əşyalardan ona aid qoxu molekulları götürülür. Daha sonra bu molekullar ətir halına salınır. 4 gün çəkən bu prosesin qiyməti isə təxminən 600 dollardır.
Katia Apalategui layihənin sınaq mərhələsində olduğunu, sentyabr ayında həyata keçirəcəyini deyib.
Mənbə: ANS PRESS