Qadin.NET / Şahzadə körpənin adı bilindi

Şahzadə körpənin adı bilindi

Şahzadə körpənin adı bilindi
Böyük Britaniya şahzadəsi Uilyam (Prince William) və Keyt Middltonun (Kate Middleton) qızının adı məlum olub. ANS PRESS-in məlumatına görə, Kensinqton sarayı Kembricin yeni doğulmuş şahzadəsinin adını açıqlayıb.Şahzadəyə "üçmərtəbəli" ad qoyublar - Şarlotta Yelizaveta Diana.
Böyük Britaniyada yeni doğulmuş şahzadənin şərəfinə 10 min qızıl və gümüş sikkə kəsəcəklər.
Körpə hersoqun və Kembric Hersoqinyasının ailəsində mayın 2-də səhər doğulub. O Kembric şahzadəsi titulunu daşıyacaq, babadan, atadan və qardaşdan sonra Britaniya taxtına varislik növbəsində dördüncü yeri tutacaq.

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK