Qadin.NET / Hakerlər Mərkəzi Bankın saytını dağıtdı

Hakerlər Mərkəzi Bankın saytını dağıtdı

 

Hakerlər Mərkəzi Bankın saytını dağıtdı

Türk hakerlər Avstriya Mərkəzi Bankının veb saytını dağıdıb.
ANS PRESS-in məlumatına görə, "Türk Hack Team" adlı qrup bu addımı Avstriyanın qondrama erməni soyqırımını tanıdığı üçün atıb. 
Kiber hücum nəticəsində ölkənin Mərkəzi Bankının veb saytı olan "oenb.at"a bir neçə saat giriş məhdudlaşdırılıb. Türk haker qrupunun üzvü olan ZoRRoKiN ləqəbli şəxs qondarma erməni soyqırımını tanıdığını bəyan edən bütün ölkələrə kiber hücumlar edəcəklərini bildirib. 
"Avstriyanı öz kapitalizminin ürəyindən vurduq. Növbədə Almaniya var. Əziz millətimizə ifadə etməliyik ki, vətənimiz üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik", - deyə xaker bildirib. 
Qeyd edək ki, "Türk Hack Team" xaker qrupu qondarma erməni soyqırımının 100-ci ilində Ermənistan dövlətinə aid veb saytları da dağıtmışdı. 

 

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK