Qadin.NET / Tiflisdən Bakıya dəstək bəyanatı

Tiflisdən Bakıya dəstək bəyanatı

 

 

Gürcüstan Dağlıq Qarabağda keçirilən "seçkiləri" tanımır.
ANS PRESS-in məlumatına görə, rəsmi Tiflis 3 mayda qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən parlament "seçki"lərin nəticələrini tanımaq niyyətində olmadığını vurğulayıb. 
Bununla əlaqədar olaraq Gürcüstanın Xarici İşlər Nazirliyi xüsusi bəyanat da yayıb. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ regionunda keçirilmiş "parlament seçkiləri" qanuna uyğun deyil. 
Bəyanata əsasən, işğal edilmiş Azərbaycan ərazilərində "parlament seçkiləri" ciddi şəkildə beynəlxalq hüququn pozuntusu deməkdir. 
Gürcüstanın Xarici İşlər Nazirliyi ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına yönəldilmiş səylərini davam etdiricək.

 

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK