Qadin.NET / Hava soyuyur

Hava soyuyur

 

 

Sabah bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-12Лљ, gündüz 16-20Лљ isti olacağı gözlənilir.
Mayın 5-də Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14Лљ, gündüz 16-21Лљ, dağlıq ərazilərdə gecə 2-6Лљ, gündüz 7-12Лљ isti olacağı gözlənilir.

 

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK