Qadin.NET / Malayziyaya vizasız gedəcəyik

Malayziyaya vizasız gedəcəyik

 

Malayziyaya vizasız gedəcəyik

Azərbaycan Malayziya üçün vizasız rejim tətbiq edəcək. ANS PRESS-in məlumatına görə, bunu Malayziyanın Azərbaycandakı səfiri Datuk Roslan Abdul Rahman bildirib.
O Asiya İnkişaf Bankının keçirdiyi 48-ci illik konfrans çərçivəsində maliyyə nazirləri və bank direktorları üçün təşkil olunan ziyafətdə deyib ki, malayziyalılar hazırda Azərbaycan vizası üçün 188 rinq (55 manat) ödəyirlər. Rəsmi Bakı ilin sonunadək malayziyalılar üçün 30 günlük vizasız səfər rejimi tətbiq etməyə hazırlaşır. Bununla bağlı Malayziya hökuməti də təkliflə çıxış edib. Bu barədə müvafiq sənədlər hazırda iki ölkənin daxili işlər nazirliklərində öyrənilir.
Səfir vurğulayıb ki, azərbaycanlılar indi istədikləri vaxt Malayziyaya vizasız olaraq 30 günlük sərbəst gedib-gələ bilərlər.

 

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK