Qadin.NET / Cəlilabadda möhtəşəm Alov festivalı

Cəlilabadda möhtəşəm Alov festivalı

 

Cəlilabadda möhtəşəm Alov festivalı

Biləsuvar rayonundan sonra 1-ci Avropa oyunlarının məşəl estafetinin növbəti dayanacağı Cəliabad şəhəri oldu. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, estafet marafonuna şəhərin girəcəyindən start verildi. Respublikamızın şərəfini ali idman yarışlarında uğurla təmsil etmiş 10 cəlilabadlı idmançı H. Əliyev prospekti ilə məşəli təxminən 4 min metr məsafəyə qədər daşıyaraq Heydər Əliyev seyrəngahına gətirdi. Məşəl minlərlə şəhər sakinin gur alqışları altında alovlandırıldı. 
Bu məşəldən alovlanan çıraq oyunlar bitənə kimi saxlanılmaq üçün rayon ictimaiyyətinə təqdim edildi. Məşəlin Cəlilabadda da alovlandırılmasından sakinlər qurur duyduqlarını dilə gətirdilər.
Məşəl estafeti möhtəşəm alov festivalı ilə yaddaqalan oldu. Bir-birindən maraqlı nömrələr, alovun müşayəti ilə edilən rəqslər izləyicilərin böyük marağına səbəb oldu.
1-ci Avropa oyunlarının məşəl estafeti cənub bölgəsində öz səyahətini Cəlilabad şəhərində yekunlaşdırdi. Aprelin 29-da Lənkəranda start götürən 5 gün ərzində bölgənin 7 rayonuna səfər edən bu çırağın səyahəti bölgənin hər yerində bayram ovqatı, əhval ruhiyyə ilə qarşılandı.
Məşəl estafetinin növbəti ünvanı Salyan və Neftçala şəhərləri olacaq.

 

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK