Qadin.NET / Gimnastımız Avropa çempionatında 3-cü oldu

Gimnastımız Avropa çempionatında 3-cü oldu

 

 

Minskdə keçirilmiş bədii gimnastika üzrə “Avropa-2015” çempionatının sonuncu medal dəstinin sahibləri də məlum olub.Trend-ə verilən məlumata görə, təmsilçimiz Marina Durunda çempionatda bürünc medala layiq görülüb. Yarışlar bitdikdən sonra onun ümumi nəticəsi 4 (17,900) olub. Marina Durundanı beloruslu Yekaterina Qalkina (17950) üstələyib. Lakin məşqçilərimiz protest ediblər və protest Avropa Gimnastika İttifaqının münsiflər heyəti tərəfindən təmin olunub.
Ən yaxşı nəticəni Rusiya təmsilçisi Yana Kudryavtseva göstərib. Çempionatın lentlə hərəkətlər üzrə qalibi 18900 xal toplayıb. Belarus yığmasının başçısı Melitina Stanyut (18133) yarışların gümüş medalına layiq görülüb.
Mənbə: Milli.Az
4 may 2015
GO BACK