Ərazi bütövlüyünün qorunması sülhün əldə edilməsi üçün vacibdir. ABŞ da Sovet dövründən sonra yaranan separatçı münaqişələrin həllində qətiyyətli olmalıdır.Ötən aylar ərzində Ağ Ev və Konqres haqlı olaraq ərazi bütövlüyü birbaşa Rusiyanın hərbi qüvvələrinin də daxil olduğu separatçı hücumlarla pozulan Ukraynanı dəstəkləyib. Prezident, vitse prezident və Konqresin görkəmli üzvlərinin hamısı Rusiyanın başqa bir hücumunun qarşısını almaq üçün Ukraynaya hərbi dəstək göndərmək haqqında belə düşünüblər.
Digər ölkələr də eyni mövqedə olduqlarını bildiriblər: “Biz gərək onlara xarici təhlükə qarşısında özlərini müdafiə etmələri üçün lazım olan silahlar verək. Çünki burda əərazi bütövlüyündən söhbət gedir” – Britaniyanın keçmiş müdafiə naziri Liam Foks müsahibəsində deyib.
2014-cü ildə Ukraynanın keçmiş prezidenti vəzifəsindən əl çəkdikdən sonra Ukrayna əhalisi daha yaxşı bir gələcək üçün bu fürsətdən istifadə edərək demokratiya, azad ticarət, qanun aliliyi tələb etdilər. Ancaq çox da irəli gedə bilmədilər.
Ukraynanın suveren ərazisinin bir hissəsini işğal edib ilhaq etməyə çalışan Rusiya o vaxtdan bəri etnik azlıqlarla işğala etiraz edən digərlərini müntəzəm şəkildə təqib edib. Bu münaqişə nəticəsində 6000-ə yaxın insan həlak olub, bir milyondan çox insan isə öz yurdlarından didərgin salınıb.
Dialoqlar və atəşkəs üzrə cəhdlər göstərilməsinə baxmayaraq, Rusiya Ukraynaya zərər verməyə davam edir. Ona görə də, Amerika Rusiyaya qarşı sanksiyalarla hədəni davam etdirir. Amerikanın Avropadakı müttəfiqlərini Rusiya Prezidenti Vladimir Putinə qarşı etiraz etməyə məcbur etməsi düzgündür.
Bəs niyə görə Amerika eyni şeyi Qafqaz regionundakı müttəfiqi Azərbaycan üçün də etmir? Hanı bəs ABŞ-ın davamlı və uğurlu xarici siyasəti üçün zəruri olan qətiyyətlilik? Emənistanın Dağlıq Qarabağda və Azərbaycanın digər yeddi qonşu regionlarını işğal etməsindən və etnik təmizləmə aparmasından 20 ildən çox vaxt ötür.Dağlıq Qarabağ və digər regionlar tarixən Azərbaycana məxsus olub və bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Buna baxmayaraq, 1992-ci ildən bəri bu torpaqlar 20 ildən çox Ermənistan işğalı altında qalıb. Daha sonra isə şiddətli və qanlı münaqişədə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini ələ keçirdi.Bir ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarının başqa bir ölkə tərəfindən işğalı qəbul edilməzdir.
Beynəlxalq hüquq Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyir. Ona görə də, Ermənistan-Azərbaycan münaqişəsi BMT-nin mövcud qətnamələrinə uyğun olaraq birmənalı şəkildə həll edilməlidir.
ABŞ təkcə Ukraynanı müdafiə etməməli, ərazi bütövlüyü və suverenlik anlayışlarını geniş şəkildə göstərməlidir. ABŞ Ukrayna, Gürcüstan və Azərbaycanda gedən münaqişələri dəyərləndirərkən sabit fikirli olmalıdır. Gec də olsa, bir çoxları artıq etiraf edirlər ki, Ermənistan və Azərbaycan arasındakı və Gürcüstandakı münaqişələrdə daha qətiyyətli olsaydılar, Ukraynadakı faciəvi hadisələrin qarşısını almaq olardı.
Mənbə: Milli.Az