Dağıdıcı zəlzələnin baş verdiyi Nepalda hamını təəccübləndirən hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Belə ki, onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.
Yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib. Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var. Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.
Mənbə: ANS PRESS