Qadin.NET / Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi

Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi

 

Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi

"Real"n futbolçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, portuqaliyalı futbolçu "Almeriya" ilə oyunda komanda yoldaşı Alvaro Arbeloanın ondan öncə topa toxunaraq qol vurmasına əsəbiləşib.
İspaniya Birinci Futbol Liqası (La Liqa) klublarından “Real Madrid”in Portuqaliyalı qolçusu Ronaldo, atdığı 39 qolla qol krallığı sıralamasındaki liderliyini davam etdirir. Ulduz futbolçunu 36 qolla “Barselona”nın Argentinalı ulduzu Lionel Messi izləyir.
Madrid klubunun bu mövsüm atdığı 99 qolun 53-də Ronaldonun imzası var. Portuqaliyalı ulduz 39 dəfə qol sevinci yaşayarkən, 14 dəfə də qolun vurulmasında iştirak edib. Ulduz futbolçunun atdığı qol sayısının Avropanın qabaqda gələn 5 böyük liqasında iştirak edən 40 komandanın ümumi qol sayısını geridə buraxması da diqqət çəkir. Kristiano Ronaldo, La Liqada iştirak edən 12 komanda, Premyer Liqa və Serie A-daki 8 komanda, Bundesliqada 9 və Hollandiyada mübarizə edən 3 komandanın ümumi qol sayılarını keçməyi bacarıb.

Mənbə:ANS PRESS

3 may 2015
GO BACK