Qadin.NET / 100 il yaşamaq istəyənlər üçün alimlərdən məsləhət

100 il yaşamaq istəyənlər üçün alimlərdən məsləhət

 

İsveçli alimlər 50 illik araşdırmanı başa vurublar 

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, alimlər bu müddət ərzində 1913-cü ildə Höteborq şəhərində doğulmuş 855 nəfər insanın həyatını izləyiblər. Tədqiqatın sonunda isə alimlər 100 il yaşamaq istəyənlər üçün məsləhətlər hazırlayıblar. 
Məlum olub ki, 80 yaşında ən çox ölüm (42%) ürək-damar sistemi xəstəliklərindən olur. İkinci yerdə isə (20%) yoluxucu xəstəliklər olur. Həmin yaşda insanların 8%-i xərçəng və ya insultdan, 6%-i pnevmaniyadan, qalan 16%-i isə digər səbəblərdən ölürlər. 
Tədqiqatçılar iddia edirlər ki, insanın uzun ömürlülüyünə ən çox 50 yaşında sosial-iqtisadi vəziyyət təsir göstərir. Əgər kimsə həmin yaşa qədər özünə yaxşı həyat şəraiti qura bilirsə, onun uzun ömürlülüyünə ciddi təsir göstərir. Genetik uzunömürlülük də olur. Qanda xolesterinin az olması və siqaretdən imtina ömrün uzanmasına səbəb olur. 
Alimlərin tədqiqatlarına görə uzun ömürlü insanın ümumi görüntüsü belədir: 
- özünün ayrı evində və ya mənzilində yaşayan, 
- artıq çəkidən əziyyət çəkməyən, 
- siqaret çəkməyən.

Mənbə:Milli.Az

3 may 2015
GO BACK