Qadin.NET / Samsung xəstələrə kömək edəcək

Samsung xəstələrə kömək edəcək

 

Samsung şirkətinin Tunis bölməsinin əməkdaşları boş vaxtlarında alsheymer xəstəliyindən əziyyət çəkən insanlara kömək üçün nəzərdə tutulmuş Backup Memory adlı Android proqram hazırlayıblar. 

 

 "Biz alsheymer xəstəliyindən əziyyət çəkən xəstələrin həyatını yüngülləşdirmək istəyirdik. Hərçənd hazırda alsheymer xəstəliyi sağalmazdır, amma bu yaxınlarda dərc edilmiş tədqiqat məlumatlarına əsasən, xəstənin keçmişi haqda müntəzəm xatırlatmalar şəklində əqli stimulyasiya bu xəstəliyin inkişafını zəiflədə bilər. Biz bu imkandan yararlandıq", - tərtibatçılar komandasının direktoru Azər Cafura bildirib. 
 Milli.Az ICTnews-a istinadən bildirir ki, Backup Memory mobil tətbiqi xəstə və onun yaxınlarının smartfonuna quraşdırılır və onlar profil yaradaraq köhnə fotoşəkil və videoyazıları oraya əlavə edirlər. Alsheymer xəstəliyindən əziyyət çəkən pasiyentdən 10 metr radiusda oxşar profil sahibi göründükdə xəstənin profili açılır və o, fotoşəkillərə baxaraq xatırlayır. Smartfonlar arasında qoşulma Bluetooth simsiz rabitəsi vasitəsilə həyata keçirilir. 
Keçirilmiş sınaqlarda Backup Memory mobil proqramı öz səmərəliliyini nümayiş etdirib. Həkim Meriam Labidi bildirib ki, mobil proqramdan istifadə edən xəstələrin vəziyyəti yaxşılaşıb.
Mənbə:Milli.Az
3 may 2015
GO BACK