Ermənistandakı rus ordusunun pilotsuz təyyarələri 20 min kilometrdən çox uçuş həyata keçiriblər.
ANS PRESS-in məlumatına görə, İnterfaks xəbər verir ki, bu barədə Cənub hərbi dairəsnin mətbuat xidmətindən bildiriblər.
Xəbərdə qeyd olunur ki, qış təlimlərində müasir “Navodçik-2” təyyarələrindən ibarət cənub hərbi dairəsinin pilotsuz uçan aparat bölməsi 300 saat ərzində 20 min kilometrdən çox uçuş həyata keçirib. O da bildirilir ki, sıxılmış hava və yüksək dağlıq ərazi şəraitində pilotsuz uçan aparat bölməsi atış, uçuşun idarə olunması və kəşfiyyat bölmələrinin marağına uyğun olaraq məlumatların yığılması təlimlərini keçiriblər.
“Təyyarələr yüksək dağlıq Kaxmud və Alagöz təlim-məşq komplekslərində avtomobil və zirehli tank hərbi texnikasının müşayiəti ilə artilleriya qüvvələri və tankların hərbi atəşlərinin keçirilməsi zamanı taktiki komanda-post təlimlərində mütəmadi olaraq istifadə olunub”- deyə yayılan məlumatda bildirilir.
Qeyd edək ki, Rusiyanın cənub hərbi dairəsi bölmələri Ermənistan-Türkiyə sərhəddində mərkəzləşib.