Qadin.NET / Ermənistanın Rusiyadan asılılığı artdı

Ermənistanın Rusiyadan asılılığı artdı

 

 

Ermənistanda yerləşən Rusiya hərbi bazasının rabitə qovşaqları ən yeni rabitə kompleksləri və stansiyaları ilə təchiz olunub. 
ANS PRESS-in məlumatına görə, “Auriqa” rabitə kompleksləri və R-149-L1 rabitə stansiyası ən müasir avadanlıqlardandır.
Hazırda rabitə rəisinin başçılığı altında əsgərlər yeni avadanlıqlarla işləmə qabiliyyətlərini yoxlayırlar. Bu avadanlıqlar vasitəsilə bağlı rejimdə videokonfranslar, 20 abonentlə birdən telefon və əlaqəsi, internet kanalları ilə əlaqə, eləcə də peyk sistemləri vasitəsilə topoqrafiq bağlantı qurmaq mümkündür. 
Kamaz 5350 bazasında olan yeni, müasir, rəqəmsal radiorele stansiyası olan R-419L1 koordinatların müəyyənləşməsi və stansiyaların yerləşdirilməsi üçün QLONASS və NAVSTAR naviqasiya sistemi ilə təchiz olunub. Bu sistem zədə almış və ya təmir olunan kabel xətlərinin əvəzi üçün müvəqqəti radioqoşulma ilə çevik əlaqə xətlərinin hazırlanması, radiosiqnal vasitəsilə video konfrasların və video məlumatların ötürülməsi üçün nəzərdə tututlub. 
Cənub hərbi dairəsnin mətbuat xidmətindən verilən məlumata görə “Auriqa”- transformer stansiyası avtonom qaydada 1 nəfər tərəfindən qurularaq müxtəlif meteo şəraitdə bağlı xətlərlə videobağlantı yarada bilir.

Mənbə:ANS PRESS

3 may 2015
GO BACK