Qadin.NET / Şahzadə FIFA-ya rəhbərlik edə bilər

Şahzadə FIFA-ya rəhbərlik edə bilər

 

 

FIFA-nın prezidenti vəzifəsinə namizəd olan Niderlandın Kral Futbol İttifaqının rəhbəri Mixael van Praq və keçmişdə Portuqaliyanın məşhur yarımmüdafiəçisi Luiş Fiqu öz namizədliklərini İordaniya şahzadəsi Əli bin Əl-Husseynin xeyrinə geri götürə bilərlər. 
ANS PRESS-in məlumatına görə, bu haqda "Arab News" xəbər verib. 
Qeyd edək ki, digər namizəd FIFA-nın indiki prezidenti Yozef Blatterdi. Yeni rəhbərin seçkiləri mayın 29-da Sürixdə keçiriləcək.

 

Mənbə:ANS PRESS

1 may 2015
GO BACK