Qadin.NET / Şahbaz: Qızıma yaxşı baxın

Şahbaz: Qızıma yaxşı baxın

 

 

"Şahbazdan yeni məktub almışıq. O, vəziyyətinin yaxşı olduğunu deyir. Bu məktubu da əməliyyatdan sonra yazıb".
Bunu ANS PRESS-ə açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib. O bildirib ki, Şahbaz yaxınlarından ailəsinə yaxşı baxmağı xahiş edib:
"Deyir ki, qızıma yaxşı baxın, elə bilin ki, mənə baxırsınız".
Bacısının sözlərinə görə, Şahbaz Quliyev öd kisəsindən əməliyyat olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini də yazıb.
İradə xanım may ayının 9-da Şahbazın ad günü olacağını söyləyib. Şahbazın 47 yaşının tamam olacağını deyən girov bacısı qardaşının tezliklə Azərbaycana qayıdacağına ümid edir. 
Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov ötən il iyul ayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülüblər. Onlar Kəlbəcərə ata-baba ocaqlarını ziyarət etmək üçün keçmişdilər. Girov götürülən zaman onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. 

Mənbə:ANS PRESS

1 may 2015
GO BACK