Qadin.NET / 100 ildir ki, axtarılırdı, İngiltərədə tapıldı

100 ildir ki, axtarılırdı, İngiltərədə tapıldı

 

Yüz il əvvəl Dəməşqdə döyüşdə itən Osmanlı Bayrağı İngiltərədən Türkiyəyə geri qaytarılıb. 
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik məlumat verib. 
Nazirin sözlərinə görə, bayrağın geri qaytarılması onun üçün həyacan vericidir. "Bayraq döyüşdə itib. İngilis qoşunları Dəməşqə daxil olanda, oradakı Osmanlı qərargahını tuturlar. General Allenbi bayrağı endirib, çavuş Edgar Turnera verir.
Turner da bayrağı İngiltərəyə aparır. Bayraq uzun illər Turner ailəsində ailə xatirəsi olaraq qalır. Onun nəvəsi bizim dünyaya etdiyimiz bu çağırışları eşidəndən sonra bayrağı geri vermək istədiyini dedi. Bayraq üçün xüsusi bir yer hazırladıq. Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü münasibəti ilə keçirilən tədbirlərdə nümayiş etdirəcəyik".
Nazir Osmanlı bayrağı ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğandan bir xahiş də edəcəyini deyib: "Prezidentdən bu bayrağın Prezident Sarayında qoyulmasıni istəyəcəyəm". 

Mənbə:ANS PRESS

1 may 2015
GO BACK