Qadin.NET / Sarkisyanın savaş qorxusu

Sarkisyanın savaş qorxusu

 

 

Ermənistan rəsmi olaraq "Dağlıq Qarabağ respublikası"nı tanımır.
ANS PRESS-in məlumatına görə, belə bir açıqlama ilə Ermnistan prezidenti Serj Sarkisyan çıxış edib.
O bildirib ki, "Dağlıq Qarabağ respublikası"nın tanınması Azərbaycan və vasitəçi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sülh danışıqlarına mənfi təsir edəcək.
"Əgər danışıqlar davam etdirilməsə, böyük ehtimalla hərbi əməliyyatlar genişlənəcək. Biz isə müharibə istəmirik. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Əminəm ki, regionda hərbi əməliyyatların başlanmaması barədə qərar qəbul ediləcək. Və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapacaq", - deyə Serj Sarkisyan bildirib.

Mənbə:ANS PRESS

1 may 2015
GO BACK