
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxaçaq.
Gündüz hava, əsasən, yağmursuz keçəcək, arabir güclənəcək. Şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Hava gündüz əksər rayonlarda, əsasən, yağmrsuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək .
Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Mənbə:Milli.Az