Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 11-16°, gündüzlər 22-27° isti, bəzi günlərdə 30-34° isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın bəzi yerlərdə isə bir qədər az (norma 18-21 mm) olacağı gözlənilir.
Mənbə:Milli.Az