Qadin.NET / Avropanın gerçəkləşən arzusu

Avropanın gerçəkləşən arzusu

 

 

Beynəlxalq arenada Azərbaycana xüsusi nüfuz gətirəcək tədbirlərdən ən önəmlisi olan Bakı 2015 Birinci Avropa Oyunlarının keçirilməsinə az müddət qalıb. Belə ki, açılış mərasimi 12 iyun tarixində Bakı Olimpiya stadionunda gerçəkləşəcək və Azərbaycanın bir sıra bölgələrində müxtəlif yarışların keçirilməsi ilə yadda qalacaq. Avropa Oyunlarına ümumilikdə 20 idman növü daxildir ki, bunların 16-sı olimpiya, digər dördü isə qeyri-olimpiya idman növləridir.
Avropa Oyunları Komitəsinin layihələndirdiyi oyunlar bu qurum tərəfindən idarə olunacaq. Uzun müddətdir ki, Avropa Oyunları Komitəsi çoxsaylı idman növlərindən ibarət böyük, iddialı yarış təşkil etmək arzusunda idi. "Bakı 2015" isə gerçəkləşməkdə olan məhz həmin arzudur. 2012-ci ilin dekabr ayında Avropa Oyunları Komitəsinin Romada baş tutmuş Baş Assambleya toplantısında Birinci Avropa Oyunlarına ev sahibliyi hüququ Bakıya verilmişdir ki, bu da ilk Avropa Oyunları kimi tarixdə qalacaqdır.
Belə görünür ki, bu yarışların Bakıda keçiriləməsi bizim üçün milli mədəniyyətimizin nümayiş etdirilməsi imkanıdır. Həmişə əsaslı öyündüyümüz qonaqpərvərliymizi, ölkəmizin xarici qonaqların üzünə açıq olduğunu, can atdığımız Avropa mədəni dəyərləri sisteminə layiq olduğumuzu sübüta yetirməliyik.
Eyni zamanda, necə ki, olimpiya oyunları keçirilən zaman hətta düşmən ölkələrin arasında ədavətin kanəra qoyulması ənənəsi olduğu kimi, bu böyük tədbir astanasında, eləcə də keçiriləcək zaman bir millət olaraq həmrəyliyimizi göstərməli, ziddiyyətlərimizi kənara qoymalı, həqiqi bayram ab-havasını yaratmalıyıq.
Birinci Avropa Oyunlarının reallaşmamasını, Oyunların təşkil edildiyi ölkənin nüfuzuna xələl gətirilməsini istəyən qüvvəllər də mövcuddur. Ümid edək ki, bu kimi niyyətlərin qarşısının alınması üçün isə ölkənin hüquq mühafizə orqanları lazımi tədbirlər görəcəklər.
Arzu edərdim ki, vətəndaşlarımız da bu möhtəşəm idman tədbiri zamanı istənilən təxribatların qarşısının alınmasında iştirak etsinlər. Avropa Oyunları ərəfəsində və müddətində bir cəmiyyət olaraq milli maraqlarımızın, ictimai asayişin, habelə qonaqlarımızın həyat və sağlamlıqlarının qorunmasına yardım etsinlər. Bu səbəbdən də bu istiqamətdə hər kəsin aktivlik nümayiş etdirməsi vacibdir. Çünki biz bir yerdə güclüyük!

Mənbə:Milli.Az

30 aprel 2015
GO BACK