Qadin.NET / 5 gün sonra dağıntılar altından sağ çıxdı

5 gün sonra dağıntılar altından sağ çıxdı

 

 

Nepalda bir adam baş verən zəlzələdən 5 gün sonra dağıntılar altından sağ çıxıb. 
ANS PRESS-in məlumatına görə, tapılan şəxs 15 yaşlı bir gəncdir. Xoşbəxt gəncin adının Pema Lama olduğu bildirilir. Xilasedicilər onu paytaxt Katmandudakı "Hilton" otelinin dağıntıları altından çıxarıblar.
Pema tapılandan sora nepallı xilasedicilər onu tapan adamı çiyinlərinə alaraq sevinclərini belə ifadə ediblər. 
Qeyd edək ki, zəlzələ nəticəsində 5 mindən çox insan öldüyü halda, bəzən möcüzəli şəkildə günlər, saatlar sonra sağ çıxarılanlar da olur. Məsələn, 4 aylıq körpə 22 saat sonra dağıntılar altından sağ-salamat çıxarılıb. Maraqlıdır ki, körpəni görən xilasedicilər onun öldüyünü düşünüb başqa dağıntılara tərəf yönəlmişdilər. Lakin qəfildən ağlama səsi eşidən adamlar geri qayıtdılar və körpənin sağ olduğunu bilib onu xilas etdilər.

Mənbə:ANS PRESS

30 aprel 2015
GO BACK