Qadin.NET / Sabah 28Лљ isti olacaq

Sabah 28Лљ isti olacaq

Mayın birində ölkə ərazisində mülayim hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13Лљ, gündüz 19-24Лљ isti olacaq.
Mayın 1-də Azərbaycanın bölgələrində də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 10-15Лљ, gündüz 23-28Лљ isti, dağlarda gecə 6-11Лљ, gündüz 13-18Лљ isti olacaq.

Mənbə:ANS PRESS

30 aprel 2015
GO BACK