Qadin.NET / İnanılmaz sevgi hekayəsi

İnanılmaz sevgi hekayəsi

 

 

İngiltərədə Rebekka Dinsdeyl qırılan sümük xəstəliyi ilə dünyaya gəlib. Həkimlər doğulanda onun valideynlərinə Rebekkanın dayaq olamdan yeriyə bilməyəcəyini, 2 ildən artıq yaşaya bilməyəcəyini demişdilər. 
ANS PRESS-in məlumatına görə, bütün deyilənlərə baxmayaraq indi onun 31 yaşı var. O, 2005-ci ildə internet vasitəsilə 35 yaşlı Norman Dinsdeyl ilə tanış olub. Bir müddət sonra isə onlar ailə qurublar. Rebekka Dinsdeyl toy günü öz gələcək həyat yoldaşına bir sürpriz də edib. O, toy zamanı ayağa qalxaraq bəyin qarşısına heç bir dayaq olmadan yeriyərək gəlib.
Rebekka və Norman Dinsdeyl indi xoşbəxt ailə həyatı yaşayırlar. Onlar arasındakı nə boy fərqi, nə də ki, Rebekkanın səhhətindəki problem xoşbəxtliklərinə əngəl deyil.

 

Mənbə: ANS PRESS

30 aprel 2015
GO BACK