Qadin.NET / Futbolda yeni qayda

Futbolda yeni qayda

 

 

Dünya Futbolçular Birliyi (FİFPRO) rəsmi "Twitter" səhifəsində maraqlı sörğu keçirib.
ANS PRESS-in məlumatına görə, 27 ölkədən 244 futbolçu arasında keçirilən sorğuda oyun zamanı üç deyil, dörd oyunçu dəyişikliyin olması ilə bağlı məsələ müzakirə olunub.
Sorğuda iştirak edən 244 futbolçudan 205-i nəzərdə tutulan yeni qaydanı müsbət qiymətləndirib. 
Qeyd edək ki, Beynəlxalq Futbol İttifaqı Kabineti bu ilin fevral ayında uzatma dəqiqələri oynanılan zaman dördüncü oyunçu dəyişikliyinin edilməsi ilə bağlı göndərilən təkliflərə rədd cavabı vermişdi.

 

Mənbə: ANS PRESS


30 aprel 2015
GO BACK