Qadin.NET / Cadugərlər, ekstrasenslər və sehrbazlar bir yerə toplaşacaq

Cadugərlər, ekstrasenslər və sehrbazlar bir yerə toplaşacaq

 

 

Ukraynanın paytaxtı Kiyevdə böyük danışıqlar davam edir. Bu yaxınlarda nəticələri Kiyev hakimiyyətini qane etməyən Ukrayna - Avropa İttifaqı sammiti keçirildi. Dünən isə Beynəlxalq konfrans baş tutub. Kiyev artıq istənilən köməyə razıdır, hətta qara qüvvələrlə saziş bağlamaq belə olsa...
Bəli, Kiyev hazırkı vəziyyətdən kimdən istəsə kömək almağa razıdır. Məsələn, 30 apreldən 1 maya keçən gecə — bu Valpurgiya gecəsi adlanır — paytaxtın mərkəzində 2000 ekstrasens, sehrbaz və cadugər toplaşacaq. Onlar Ukraynanın sülh və əmin-amanlığı üçün ayin həyata keçirəcəklər. Bəli, bu zarafat deyil...
Valpurgiya gecəsi bütpərəstlik dövründə qədim germanların mayın 1-nə keçən gecə qeyd etdikləri bahar bayramıdır; VIII əsr alman xalq rəvayətinə görə, Almaniyanın Brokken dağında ifritlərin bayramı (ifritlərin böyük gecə məclisi). Katolik müqəddəsi Valpurgiyanın xatirə günü (mayın 1-i) bu bayramla bir vaxta düşdüyündən belə adlanır.
Gəlin razılaşaq ki, Ukraynanın vəziyyəti çox pisdir. Siyasi danəşəqlardan böyük nəticələr əldə edilmədiyindən, Poroşenko və Yasenyuk yaranmış iqtisadi problemlərə Rusiyanın cavabdeh olduğunu deyir. Bundan əlavə, Poroşenko bildirir ki, Ukraynada hər an müharibə başlaya bilər. Hər halda o, bunu daha yaxşı bilər. Bir tərəfdən də prezident administrasiyasının rəhbəri Valeri Çalıy gözlənilmədən açıqlama verir ki, Ukrayna Avropa İttiqafı ölkələrindən ölümcül silahlar alır.

 

Mənbə: ANS PRESS

30 aprel 2015
GO BACK