Məşhurların, dövlət rəhbərlərinin sevimli oyuncağı deyiləndə adətən bahalı və nadir istehsal edilən avtomobillər, dizaynı dəyişdirilmiş nəhəng rahat təyyarələr nəzərdə tutulur.
ANS PRESS-in məlumatına görə, Kim Çen Inın İl-62 təyyarəsi də yenidən dizayn edilənlərdəndir. Həmin təyyarə 60-cı illərin əvvəlindən istehsal edilməyə başlayıb. İllər keçdikcə təyyarə də modifikasiya edilərək daha rahat salona və texniki imkanlara sahib olmuşdu. Həmçinin quyruqdakı mühərriklər də yanacaq çənindən uzaqlaşdırılmışdı. Bununla da yanğın təhlükəsi də azalmışdı. Eyni zamanda eniş zamanı mühərriklərin zədələnmə riski də heçə enmişdi.
Lakin laynerin istehsalına icazə almaq üçün layihə müəllifləri hiyləyə də əl atmışdılar. Belə ki, 1962-ci ildə SSRİ-nin o zamankı lideri Nikita Xruşşov təyyarəyə baxış zamanı salonda Xruşşovun sevdiyi Ukrayna mahnıları səsləndirilmişdi. Gənclik illərinin musiqilərini eşidən lider də təyyarənin istehsalına icazə vermişdi.
Mənbə: ANS PRESS