Qadin.NET / Bakıda 2 ay pulsuz Wi-Fi olacaq

Bakıda 2 ay pulsuz Wi-Fi olacaq

 

 

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yayımı üçün seçilən peykdən biri “Azərispace 1” peykidir. Peykimiz bu oyunların yayımı üçün tam hazır vəziyyətdədir. ANS TV-nin məlumatına görə, bu açıqlamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistələrə verib. Nazir həmçinin oyunlarla əlaqədar paytaxtın ictimai məkanlarında pulsuz “Wi-Fi”lara qoşulmaq mümkün olacağını da söyləyib:
“İctimai yerlərdə, bir çox parklarda, Olimpiya kəndində, eləcə də oyunların keçirildiyi bir sıra yerlərdə “Wi-Fi” sistemi istifadəyə veriləcək. Məhz bu “Wi-Fi”ların çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz bunula bağlı onlara bir güzəşt təklif edirik ki, bu iki ay müddətində onlar bu xidməti pulsuz həyata keçirisinlər. İki aydan sonra isə onlar bu xidməti ödənişli olaraq həyata keçirə bilərlər”.

 

Mənbə: ANS PRESS

30 aprel 2015
GO BACK